Türkiyəli müğənni Güllü yeni görünüşü ilə tanınmaz hala düşüb.

Unikal.org
Axşam.az-a istinadən məlumatına görə, mədə kiçiltmə əməliyyatı olunan və 9 ayda 70 kiloqram arıqlayan ifaçını görənlər çox təəccübləniblər.

11 ildən sonra yeni albom çıxarmağa hazırlaşan Güllünün "instaqram" izləyiciləri sənətçinin yeni görünüşünə görə mübahisə ediblər.

Onlardan bir qrup müğənninin hazırkı imicini bəyənsə də, bəziləri Güllünün arıqladıqdan sonra göz altında torbaların yarandığını və üzünün sallandığını bildirərək əvvəlki görünüşünü daha çox bəyəndiklərini vurğulayıblar.