ATV kanalından çıxarılan və "Yoxlama adlı verilişi bağlanan Azər Zahid ölkəni tərk etməsi ilə bağlı yayılan məlumata sosial şəbəkədə aydınlıq gətirib.

Unikal.org  xəbər verir ki, teleaparıcı instaqram səhifəsində Azərbaycanı tərk etmədiyini bildirib:

A.Zahid xanımı ilə foto paylaşaraq artıq Bakıda olduğunu vurğulayıb:

"Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Ölkəmi necə çox sevirəm. Bu gün gözəl şəhərimə qayıtdım. Hava limanında hər kəs mənə qəribə baxırdı. Maraqlıdır.