Xalq artisti Ramiz Məlik həmkarı, xalq artisti Məleykə Əsədovanın geyimlərinə irad bildirib.
Unikal.org xəbər verir ki, tanınmış aktyor "facebook sosial şəbəkəsində Əsədovaya məsləhət verib:
"Məleykə, belə şəkillərlə özünü biabir etmə. İlk növbədə özünü yox, sənə verilən o fəxri adı və teatr kollektivini düşün.
"Qafqazinfo mövzu ilə bağlı Ramiz Məliklə əlaqə saxlayıb. Aktyor sosial şəbəkədəki hesabın ona aid olduğunu, aktrisanı isə təhqir etmədiyini söyləyib:
"Şərhi yazan profil mənə məxsusdur. Boynuma alıram ki, mən yazmışam. Bir ağsaqqal kimi ona tövsiyə etmişəm. Məleykə, sən "Azdramanın kollektivinə hörmət elə. Başqa şey deməmişəm. Mən onu təhqir etməmişəm. Özünə hörmət etmirsə, teatr kollektivinə hörmət etsin. Niyə onun haqqında belə yazsınlar? Təkcə xalq artisti odur? Bu qədər.