Bakı-Tiflis-Qars dəmir yolunun açılış mərasimi Bakıda keçiriləcək.

Unikal.org xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov parlamentdə jurnalistlərə açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, açılış mərasimi oktyabrın axırlarında təşkil olunacaq. "Qarsda təməlqoyma mərasimi keçirilib, Tbilisidə imzalanma olub. Bakı-Tbilisi-Qars layihəsi olduğuna görə cənab prezident deyib ki, açılış mərasimi Bakıda keçirilsin. Mərasim Allah qoysa, Ələtdə keçiriləcək.

Qeyd edək ki, tikintisi uğurla başa çatdırılan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun ilk sınağı sentyabrın sonlarında həyata keçirilib. Bu ayın sonlarında isə dövlət başçılarının iştirakı ilə bu nəhəng layihənin rəsmi açılış mərasimi keçiriləcək.