SOCAR bu il 3 limandan ixrac etdiyi xam neftin həcmini açıqlayıb.
SOCAR-dan Unikal.org-a verilən məlumata görə, şirkət bu ilin sentyabr ayında Novorossiysk limanından 169
min 675 ton, Supsa limanından 172 min 138 ton, Ceyhan limanından 1 milyon 352 min 984 ton xam neft ixrac edib.
Ümümilikdə yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 157 min 704 ton, Supsa limanından 1 milyon 751 min 811 ton, Ceyhan limanından 12 milyon 753 min 536 ton xam neft ixrac edilib.