Xalq artistləri Məleykə Əsədova ilə Ramiz Məlik arasında qalmaqal böyüyür.
Unikal.org xəbər verir ki, Məleykə Əsədova həmkarını məkhəməyə verir. Bu barədə o, İnstaqram hesabında yazıb.
"Xalq artisti Ramiz Məlikin saytların birinə ailəm, anam-atamla bağlı verdiyi açıqlamadan sonra ciddi düşündüm. Biz onunla məhkəmədə görüşəcəyik. Mən ana-atamın ruhuna görə onu bağışlamayacam və o, qanun qarşısında işlətdiyi şərəf və ləyaqəti alçaldan sözlərə görə cavab verəcək. Bu yaşıma kimi heç bir məhkəməyə müaricət etməmişəm. Ancaq bu dəfə ailəmə dil uzatdılar, - deyə aktrisa bildirib.
Xatırladaq ki, R. Məlik Feysbuk hesabında Məleykə Əsədovaya geyimlərinə görə irad tutub: "Məleykə, belə şəkillərlə özünü biabır etmə. İlk növbədə özünü yox, sənə verilən o fəxri adı və teatr kollektivini düşün
Aktrisa isə "Qafqazinfoya açıqlamasında bildirib ki, R. Məlik özünə hörmət qoymur:
"Ramiz Məlikə demək istəyirəm ki, insan qocaldıqca müdrikləşər. Amma, o, yaşlandıqca içindəki kin-küdurətini, üfunətini ona-buna söz atmaqla biruzə verir. Yəqin ki, mətbuatda yazılanları görürsüz. Hər kəsə söz atır, dava edir. Son illər ancaq bu işlərlər məşğul olub. Bir insan öz adına, teatr kollektivinə hörmət qoyursa, necə həmin teatrın əməkdaşları ilə dava edə bilər? Deməli, nə öz adına, nə də teatr kollektivinə hörmət qoyur.
O geyimdə nə var? Ramiz elə paltar geyinən görməyib? Bəsdir! İnsan bu yaşında Allaha ibadət edər, dost-tanış ətrafına yığar. Bu nədi? Yaşlı vaxtına söz atırsan, hamıyla dalaşırsan. İşin-gücün yoxdur? Mənə heç kəs toxunmasın. Məni bu yerə onlar çatdırmayıb, Allahımın köməyi ilə uğurlar qazanmışam.
Mənə onun məsləhəti lazım deyil. İllər boyu ailəsinə, xanımına hörmətlə yanaşmışam. Xanımı müasir olub, Buna hörmətlə yanaşmışam. Ona sual vermək istəyirəm. Ramiz, əvvəldən belə qeyrətli idin, yoxsa indi qeyrətə gəlmisən? Bir daha deyirəm, mənə toxunmayın. Mən göydə Allahıma sığınıb yerdə sənətimlə, qızımı böyütməklə o balaca dünyamda yaşayıram.