ARB TV-nin "Günə davam proqramının budəfəki qonağı müğənni Mənzurə Musayeva olub.
Unikal.org xəbər verir ki, müğənni verilişdə uğursuz biznes həyatından danışıb:"Yüngül biznesim var idi. Hamısı əlimdən getdi. Bəzi problemlər səbəbindən daş karyerini işlədə bilmədik. Yüz min itirdim, müflis oldum.
Mənzurə Musayevə həmçinin sənət aləmində ona paxıllıq edənlərə də toxunub:"Reytinqləri qaldırmaq üçün qalmaqal edənlər var. Xalq məni çox sevir. Toylarım olur, deyirlər ki, bu nə edib ki, toyları var. Biz xalq üçün oxuyuruq. Bu sezon hər gün toyda olmuşam.