Məşhur amerikalı rok-musiqiçi Tom Petti 66 yaşında vəfat edib.

Unikal.org-un "RT-yə istinadən verdiyi xəbərə görə, T.Petti huşsuz halda Malibudakı evində aşkarlanıb.
Qəflətən ürəyi dayanan T.Petti xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, rok-musiqiçi məşhur "Tom Petty and the Heartbreakers qrupunun yaradıcılarından biri olub.