Azərbaycanda qəhvəyi yumurtanın qiyməti 2 qəpikdə bahalaşdı.

Unikal.org-un əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl Bakıda 12 qəpikdən 16 qəpiyə qaldırılan Hacıqabul broyler qəhvəyi yumurtası, hazırda dükanlarda 18 qəpiyə satılır.

Dükan sahibinin bildirdiyinə görə, yumurta "Hacıqabul Broyler"in istehsalıdır və qiymət artımını da şirkət edir.

Qeyd edək ki, hazırda 13 qəpiyə də bazarda ağ broyler yumurtası təklif olunur.