Bakı və Abşeronda subasma sahələrində vəziyyət açıqlanıb.
Unikal xəbər verir ki, bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
O bildirib ki, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında təbii amillərin təsirindən nisbi aktivlik qeydə alınıb.
Ekspedisiya rəisi bildirib ki, Maştağa-Zabrat, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivi, Zabrat-Məhəmmədi və Qala qəsəbəsi subasma sahələrində də nisbi aktivlik baş verib.
Ə. Qaralov qeyd edib ki, subasma sahələrində prosesin aktivləşməsinə atmosfer yağıntıları səbəb olub.