Oktyabrın 4-də Quba rayonunda 3.6 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 06:36-da Qubadan 10km şimal-qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Təkanların dərinliyi 6 kilometr olub