Ucar rayonunda "VAZ markalı maşın dərəyə düşüb.

Unikal.org xəbər verir ki, bu haqda FHN məlumat yayıb. Xəbərdə bildirilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hadisə Ucar rayonu, Qarabörk kəndində olub. Sıxılmış vəziyyətdə qalmış sərnişin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.