Lənkəranda yol kənarında naməlum kişi meyiti tapılıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, meyit Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində aşkar edilib. Meyit müayinə olunmaq üçün Lənkəran morquna aparılıb.
Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.