Azərbaycan Boks Federasiyası bir müddətdir ki, idmançıları maaş üzünə həsrət qoyub.

Unikal.org-a verilən məlumta görə, qurum 4 aya yaxındır ki, boksçuların məvacibini ödəmir.

Məsələ ilə bağlı Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Abıyevlə əlaqə saxladıq.

Unikal.org-a danışan A.Abıyev maaşların gecikdiyini etiraf edib və problemin bu ayın ortasında həll olunacağını bildirib.

Aygün İlqarqızı