"Qarabağ"ın futbolçusu Ramil Şeydayev Azərbaycan milli komandasının heyətində ilk qolunu vurub.
Unikal.org-un məlumatına görə, 21 yaşlı hücumçu Almaniya yığması ilə səfərdə keçirdikləri 2018-ci il dünya çempionatının seçmə qrup matçının 34-cü dəqiqəsində fərqlənib.
O, rəqib komanda müdafiəçilərini keçdikdən sonra yaxın küncə endirdiyi zərbə ilə qol vurub.
Qeyd edək ki, oyun davam edir: