Parisdə baş tutan YUNESKO-nun baş direktoru postuna seçkilərin ilk turu nəticə verməyib.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, namizədlərdən heç biri qələbə qazanmaq üçün kifayət qədər səs toplamayıb.
YUNESKO-nun yeni baş direktoru postuna 7 ölkənin nümayəndəsi, o cümlədən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun namizədliyi irəli sürülüb.
Səsvermənin növbəti mərhələsi sabah baş tutacaq. YUNESKO-nun yeni rəhbərinin adı oktyabrın 13-dək məlum olacaq.