ARB-də "Səhər-Səhər" verilişinin qonağı olan model-aktrisa Pərvin Abıyeva maraqlı açıqlamaları ilə diqqət çəkib.

Unikal.org xəbər verir ki, aktrisa çəkildikləri filmlərdən, oynadıqları obrazlardan çox geyimləri ilə gündəmə gəlmələri məsələsinə münasibət bildirib.

Pərvinin sözügedən mövzuyla bağlı fikirlərini təqdim edirik:

"Bir insan bir insanı geyimi ilə mühakimə edirsə, düşünürəm ki, başında problem var. Çünki insana geyiminə görə dəyər vermək olmaz. Mən çox açıq-saçıq da geyinmirəm. Normal insanlar kimi standart geyinirəm. Küçəyə çıxsaq görərik ki, mənim geyimim sadə insanlarla müqayisədə "dəvədə qulaq" məsələsidir. Vecimə deyil. Mənim düşüncəmə görə, əqli normal işləyən insan bunu etməz".