"Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov, habelə baş rejissor Gümrah Ömərov öz ərizələri ilə tutduğu vəzifələrdən azad edilib.
Bu barədə unikal.org-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramına uyğun olaraq teatr sahəsində aparılan islahatlar davam edir. Mədəniyyət və turizm nazirinin müvafiq əmrlərinə uğun olaraq respublika teatrlarında kadr dəyişikliyi aparılıb və əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə "Yuğ Dövlət Teatrının baş rejissoru təyin edilib.
Digər əmrlə Azərbaycan Dövlət Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadəyə "Yuğ Dövlət Teatrının direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib.