"Neftçi Peşəkar Futbol Liqasına müraciət edib.
Unikal.org PFL-in saytına istinadən yaydığı xəbərə görə, klub ev oyunlarını keçirdiyi "Bakcell Arena stadionunun qazonunda yenilənmə işləri aparıldığını rəhbər tutaraq Topaz Premyer Liqasının 8-ci turunun "Neftçi - "Səbail görüşünün yerinin dəyişdirilməsini istəyib. "Neftçinin müraciətini və "Səbailın razılıq məktubunu nəzərə alan PFL matçın "Dalğa Arenada keçirilməsinə qərar verib.
Oyun oktyabrın 15-də keçiriləcək.
8-ci turda meydan sahibi "Səbail, hər iki klubun iştirakı ilə üçüncü dövrənin matçında meydan sahibi kimi "Neftçi təsdiq edilib.