Bərdə şəhər sakini ehtiyatsızlıqdan qolunu laqunda ilə kəsib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib.
Belə ki, şəhər sakini, 1940-cı il təvəllüdlü Ağa Cəlil oğlu Məmmədov həyətində laqunda ilə dəmir parçasını doğrayarkən ehtiyatsızlıqdan qolunu kəsib. Kişi yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.