YUNESKO-nun baş direktoru vəzifəsinə seçkilərin ikinci turu nəticəsiz bitib.
Unikal.org-un "RİA Novosti"yə istinadən məlumatına görə, heç bir namizəd səs çoxluğu qazana bilməyib.
Məlumata görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.
Qeyd edək ki, YUNESKO-nun baş direktoru vəzifəsinə 6 ölkənin nümayəndəsi nazmizəddir.
Səsvermənin növbəti turu sabah keçiriləcək.