Parisdə baş tutan YUNESKO-nun baş direktoru postuna seçkilərin üçüncü turu da nəticə verməyib.
Unikal.org-un TASS agentliyinə istinadən xəbərinə görə, namizədlərdən heç biri qələbə qazanmaq üçün kifayət qədər səs toplamayıb.
Seçilmək üçün namizəd 58 səsdən 30-u qazanmalıdır. Səsvermənin növbəti turu sabah baş tutacaq. Hazırda YUNESKO-nun baş direktoru postuna 5 ölkənin nümayəndəsi mübarizə aparır. Bunlar Qətər, Misir, Fransa, Çin və Livan təmsilçiləridir.
Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.