"Maşın şounu tərk edən meyxanaçı Samirə Yusifqızı xanım iştirakçıların badına getdiyini deyib.
Unkal.org-un məlumatına görə, bu barədə yenicag.az-a açıqlama verən meyxanaçı peşmançılığını dilə gətirib:
"Mən gərək ordakı xanımların sözünə baxmayaydım. Çünki mən Vüqar Əbdülovu çıxartmaq fikrində deyildim. Sonradan bunu açıqlayanda onlar mənə az qala hücum çəkdilər. Məcburiyyət qarşısında Vüqarın adını çəkməkdə davam etdim. Əks halda, qızlar birləşib başımı "yeyəcəkdilər. Belə deyim də, qurdlar birləşib, qoyunu yedilər. Amma hələ bilmək olmaz onların başına nə gələcək. Efir görünən tərəfdir, Allah bilir hələ görünməyən tərəfdə nələr olacaq. Orda saçyoldu nədir e, qırğınlar düşəcək. Hələ qoy sona çatsınlar. İki nəfər axırda bir-birini parçalayacaq. Məncə, İlqar Mikayıloğlu sona qalacaq, çünki onun fiziki gücü çoxdur, müharibə görmüş adamdır.
S.Yusifqızı onu da deyib ki, şouya qatılanların coxu maskalanıb: "Vüsalə Əlizadədən başqa hamısı maskalanıb. Kişilərdən isə Elşad Xose və Rauf nisbətən maskasızdır.
Meyxanaçı "şouda səslər aparıcı Murad Dadaşov tərəfindən tənzimlənir fikrinə də münasibət bildirib:
"Bu sözlər qəfildən ağzımdan çıxdı, çox peşmanam. Gərək belə deməyəydim.