Fransanın sabiq mədəniyyət naziri Odri Azule YUNESKO-nun baş direktoru vəzifəsinə seçilib.

Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, səsvermədə Azule 30 səs toplayıb, rəqibi qətərli Həməd bin Ədüləziz Əl-Kavari 28 səs toplayıb.

Qeyd edək ki, səsvermədə qələbə qazanmaq üçün azı 30 səs toplamaq lazım idi.