Qobustan rayonunda doğuş zamanı baş vermiş ana ölümünün ilkin səbəbi məlum olub.
Unikal.org "Reporta istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, bu, 1988-ci il təvəllüdlü Zümrüd Günəşlinin dördüncü hamiləliyi və doğuşu olub: "Doğuşdan sonra ananın ölümünə ilkin səbəb qanaxma ehtimal olunur. Meyit patomorfoloji təşrihə verilib. Eskpertizanın rəyi, təxminən, bir həftədən sonra hazır olacaq və daha dəqiq səbəbi bilinəcək".