ATV-də "Xanımlar və cənablar devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı başlayıb.
Unikal.org xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar aktyor İlkin MIsgərlini SMS səsverməsinə çıxarıblar. Tamaşaçılardan səs istəyən İlkin Misgərli hədəfinin müğənni Talıb Tale olduğunu bildirib. O qeyd edib ki, ötən dəfə zəif iştirakçı ilə mübarizə aparıb. Qalibiyyəti onu o qədər də sevindirməyib. Ona görə bu gün şounun ən güclü iştirakçısı ilə yarışmaq istəyir.
Yarışmadan bu gecə kimin uzaqlaşacağını tamaşaçıların səs verməsindən sonra müəyyən ediləcək.