İngiltərədə dəyəri 1, 5 milyon funtserlinq olan Pagani Zonda markalı avtomobil qəza törədib.  

Unikal.org-un məlumatına görə, yüksək sürət  sonda qəza ilə nəticələnib. Bildirilir ki, 322 kilometr saatla şütüyən avtomobili sürücü saxlaya bilməyib və nəticədə nəqliyyat vasitəsi yol kənarında olan dəmir arakəsmələrə çırpılıb.  
Qəza zamanı xoşbəxtlikdən avtomobilin sürücüsü xəsarət almasa da maşına ciddi ziyan dəyib. 
 Sürücü hadisə yerini tərk edib və polis nəqliyyat vasitəsinin kimə məxsus olmasını araşdırır.