Xəbər verdiyimiz kimi, Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistanda rəsmi səfərdədir.

Unikal.org xəbər verir ki, Dmitri Medvedev dünən hava limanından bir başa Ermənistan baş naziri Karen Karapetyanın iqamətgahına gəlib.

Erməni mətbuatının yaydığı məlumata görə, iqamətgahda Rusiya baş nazirinin ayağının altına sərməyə "qırmızı xalı tapa bilməyiblər.

Bunun üçün İrəvanda xəstəxanaların birində "qırmızı xalını götürüb Medvedevin gələcəyi yerə səriblər.

Erməni xanım tibb işçiləri bu xalını elə özləri Medvedevin gələcəyi yerə gətirib, əlində "şlabra olan bir xadimə isə bu xalının üzünü təmizləyib.