Restoranların birində silahlı insident baş verib. Hadisə Ukraynanın paytaxtı Kiyevdə baş verib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, restoranlardan birində münaqişə nəticəsində atışma olub. İnsidentin iştirakçısı 4 nəfər olub.

Hadisə ilə balı hüquq-mühafizə orqanları açıqlama yayıb. Məlumatda bildirilir ki, həmin şəxslərdən biri başından güllə yarası alıb və o, xəstəxanaya yerləşdirilib.

Digər şübhəlilər isə hadisə yerindən qaçaraq uzaqlaşıblar. Hadisəylə bağlı araşdırma aparılır.