Türkiyənin paytaxtı Ankara yaxınlığında mədən işçilərini daşıyan avtobus aşıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bəybazarı ərazisində qeydə alınıb. Avtobus idarəetmədən çıxaraq yolun kənarındakı tarlaya aşıb.

Qəza nəticəsində 28 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəza zamanı nəqliyyat vasitəsində 35 nəfər olub. Hadisənin səbəbləri barədə məlumat verilmir.