Bakının "Keşlə" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

Unikal.org-un klubdan aldığı məlumata görə, komanda müvəqqəti olaraq Ramiz Məmmədova həvalə olunub. Bu günə kimi klubda əvəzedici heyət üzrə coordinator vəzifəsində çalışan 49 yaşlı mütəxəssis yeni vəzifədə Zaur Svanadzeni əvəzləyib.

Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov saytımıza bildirib ki, artıq futbolçulara olan borclar ödənməyə başlanıb:

"Klubun futbolçular son 1 aylıq borcu qalıb, əvvəlkilər ödənilib.

Bildirək ki, R.Məmmədov oktyabrın 31-dən- qış fasiləsinədək qalan 4 turda və ölkə kuboku matçlarında kollektivin sükanı arxasında olacaq.

Qeyd edək ki, Ramiz Məmmədovun son iş yeri "Qəbələ" klubu olub. R.Məmmədov klubdan uğursuz nəticə göstərdiyinə görə rəhbərlik tərəfindən klubdan uzaqlaşdırılmışdı. R.Məmmədov uzun müddət futbolla bağlı danışmaq istəmədiyini elan etmişdi.

Aygün İlqarqızı