AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Premyer Liqasının XI turunun 2 oyununda baş verənlərlə bağlı tədbir görülüb.

Unikal.org-un məlumatına görə, "Qarabağla görüşdə "Kəpəz klubu meydanı sulamadığı üçün 800 manat cərimələnib.

"Zirə ilə matçda isə "Neftçinin azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. İntizam Komitəsi qərara alıb ki, stadiona dəymiş ziyan əsasında "Zirənin təqdim edəcəyi hesab "Neftçi klubu tərəfindən ödənilsin.