Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin "C" qrupunda yer alan Azərbaycan çempionu "Qarabağ" ilə İngiltərənin "Çelsi klubu arasında Bakıda keçiriləcək oyuna 50 mindən çox bilet satılıb.

Unikal.org bu barədə Ağdam klubunun "Facebook" səhifəsinə istinadən xəbər verir.

Qeyd edək ki, "Qarabağ"-"Çelsi" oyunu noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək.