"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Türkiyənin "Damat şirkətinin Ağdam klubuna sponsorluq etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Unikal.org klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin rəsmisi "Damat" şirkətinin "Qarabağ"a sponsorluq etmədiyini bildirib:
"Bizim "Azərsun, "Azərçay və "Bizim Tarladan başqa sponsorumuz yoxdu. Doğrudu, ötən illərdə "Damat şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb. Ola bilsin şirkətin prezidenti olanları səhv xatırlayıb. "Qarabağın qapıları, əlbəttə, yeni sponsorlara açıqdı. Amma hazırda, artıq qeyd etdiyim kimi, "Azərsun, "Azərçay və "Bizim Tarladan başqa sponsorumuz yoxdur.