Polşa millisinin hücumçusu Lukaş Teodorçik komandanın məşqlərindən kənarlaşdırılıb.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, bu qərarı baş məşqçi Heyn Vanhazebruk qəbul edib. Forvardın qeyri-məhsuldar çıxışı 53 yaşlı mütəxəsisi buna vadar edib. Teodorçik özünü toparlamalı və işinə yanaşma tərzini dəyişməli olacaq.
Bu mövsüm Belçika çempionatında Teodorçik cəmi 3 qol vurub. O, diskvalifikasiya səbəbindən növbəti tur meydana çıxa bilməyəcəkdi.