UEFA Gənclər Liqasının "Beşiktaş - "Portu (U-19) matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək.
Unikal.org xəbər verir ki, FİFA referisi Əliyar Ağayev "Beşiktaş - "Portu qarşılaşmasında baş hakim kimi iş başında olacaq. Ağayevə Mübariz Həşimovla Akif Əmirəli kömək edəcək. Oyunun ehtiyat hakimi isə türkiyəli referi Oğuzhan Uğurlu olacaq.
Qeyd edək ki, "Beşiktaş - "Portu matçı bu gün keçiriləcək.