Çempionlar Liqasında V turun növbəti oyunlarına start verilib.
Unikal.org-un məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qarabağ da meydana çıxıb.
C qrupunda mübarizə aparan çempionumuz son ev matçında İngiltərə "Çelsisini qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Qurban Qurbanovun yetirmələri üçün məyusedici nəticə ilə yekunlaşıb.
Belə ki, "Qarabağ London təmsilçisi qarşısında qapısında 4 cavabsız qol görüb. Görüşün 18-ci dəqiqəsində hakimin şübhəli qərarı ilə kapitan Rəşad Sadıqov qırmızı vərəqə alaraq meydandan qovulub, ağdamlıların qapısına isə penalti təyin olunub. Azar dəqiq oynayıb.
Ardınca Villian fərqi artırıb. İkinci hissədə "Qarabağ" yenə penalti ilə cəzalanıb. Qara Qarayevin Villianı çəkməsi hakimin gözündən yayınmayıb. Bu dəfə də Fabreqas fürsəti əldən verməyib. Sonuncu qolu isə yenə Villian vurub. Braziliyalı uzaqdan zərbə ilə dublunu rəsmiləşdirib.
Bu nəticədən sonra sonuncu tur "Qarabağ üçün formallığa da çevrilə bilər. Çempionumuz "Çelsiyə uduzduğu üçün "Atletiko italiyalıları məğlub etsə, Qurbanovun yetirmələrinin sonuncu yer tutacağı rəsmiləşəcək. Amma təmsilçimiz məğlubiyyətlə də üçüncülük şansını saxlaya bilər. Bunun üçün "Romanın səfərdən xalla dönməsi lazımdı.