Gəncə sakini bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə şəhər sakini, təxminən 25-30 yaşlarında olan İlqar adlı şəxs qarının daxilə keçən bıçaq yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Dediyinə görə o, özü özünü bıçaqlayıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.