Bu gün Topaz Premyer Liqada 13-cü tura yekun vurulacaq.

Unikal.org qol.az-a istinadən xəbər verir ki, günün ilk matçında "Sumqayıt" "Səbail"ə qəbul edəcək.

Turun mərkəzi qarşılaşması Bakıda keçiriləcək. Lider "Qarabağ" 3-cü pillədə yer alan "Zirə"nin qonağı olacaq.

26 noyabr (bazar)

16:00."Sumqayıt" - "Səbail"
Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rəvan Həmzəzadə
"Kapital Bank Arena"

18:00."Zirə" - "Qarabağ"
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu

25 noyabr (şənbə)

"Neftçi" - "Keşlə" - 3:1

"Kəpəz" - "Qəbələ" - 1:6