Türkiyədə təşkil olunan tennis üzrə beynəlxalq yarışa dünyaca məşhur tennisçi Mariya Şarapova da qatılıb. Şarapovanın rəqibi türk tennisçi Çağla Böyükakçay olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarışda diqqət çəkən məqam Şarapovaya türk azarkeşi tərəfindən gələn evlənmə təklifi olub. Azarkeş kortların ulduzuna ingilis dilində "mənimlə evlənərsənmi? sualını verib.

Şarapova tribunadan gələn təklifə "bəlkə deyə cavab verib və gülümsəyib.

Qeyd edə ki. Şarapova yarışı 2:0 qələbəylə bitirib.