Cəbhəboyu rayonların ərazisində tank əleyhinə minalar tapılaraq zərərsizləşdirilib.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Unikal.org-a verilən məlumata görə, bu barədə aprelin 27-də Agentlik tərəfindən Tərtər, Füzuli, Ağdam, Şəmkir və Cəlilabad rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatda deyilir.
Tərtər rayonu
Yuxarı Qapanlı kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarilə 12 000 kv.m ərazi yoxlanılıb.
Qaradağlı kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 7 700 kv.m ərazi yoxlanılıb və PHS aşkar edilməyib.
Qarağacı kəndi - 3 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 13 000 kv.m ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.
Cəmi: 7 ev və həyətyanı sahə, 9 partlayış yeri, 32 700 kv.m ərazi yoxlanılıb.
Füzuli rayonu
Alıxanlı kəndi - 1 ev və həyətyanı sahə və 4 əkin sahəsində 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd 125 mm-lik partlamamış tank mərmisi aşkar edilərək götürülüb və nəticə etibarilə 680 kv.m ərazi yoxlanılıb.
Ağdam rayonu
Təzəkənd kəndi - 2 əkin sahədə 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd 100 mm-lik partlamamış tank mərmisi aşkar edilərək götürülüb və nəticə etibarilə 6 500 kv.m ərazi yoxlanılıb.
Dörd yol-1 qəsəbəsi - 1 əkin sahədə 1 partlayış yerinə baxış keçirilib və nəticə etibarilə 2 000 kv.m ərazi yoxlanılıb.
Cəmi: 3 əkin sahəsi, 4 partlayış yeri, 1 ədəd PHS aşkar edilib və 8 500 kv.m ərazi yoxlanılıb.
Şəmkir rayonu - Nazirlər Kabinetinin 26 aprel 2016-cı il tarixli tapşırığına müvafiq olaraq, ANAMA-nın mütəxəssisləri Şəmkir şəhəri, 20 yanvar küçəsində 25 metr uzaqlıqda 1 ədəd aşkar olunan 122 mm-lik top mərmisinə texniki baxış keçirib və daşınması mümkün olduğu üçün götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi partlayış ərazisinə daşınıb.
Aşkar edilmiş sursatın ətrafında 100 kv.m əraziyə baxış keçirilib, əlavə heç bir təhlükəli əşya və ya qurğu aşkar edilməyib.
Cəlilabad rayonu - 27 aprel 2016-cı il tarixdə saat 10:16-da Daxili İşlər Nazirliyinin əməliyyat növbətçisinin köməkçisi kapitan Qiyasov tərəfindən Fövqəladə Hallar Nazirliyi, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə zəng daxil olub. Məlumata əsasən, Cəlilabad rayonu Privolnoye kəndi ərazisindən keçən Göytəpə çayında 4 ədəd mərmi aşkar edilib.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və çay vasitəsilə sahilə çıxan 6 ədəd tank əleyhinə (onlardan 5 ədədi TM-62 və 1 ədədi TM-57) mina aşkar edib. Tapılan minaların Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə partlayış yolu ilə zərərsizləşdirilib.
27 aprel 2016-cı il tarixində Agentlik tərəfindən 8 ev, 18 partlayış yeri yoxlanılıb, 3 ədəd partlamamış hərbi sursat və 6 ədəd tank əleyhinə mina zərərsizləşdirilib və 41 990 kv. m ərazi yoxlanılıb.
Ümumilikdə, ANAMA tərəfindən 7-27 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir və Cəlilabad rayonlarında 356 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib və 1 292 ədəd partlamamış hərbi sursat, 10 ədəd piyada əleyhinə mina və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.