Konqo Demokratik Respublikasında naməlum silahlılar BMT Sabitlik Missiyasının (MONUSCO) bazasına hücum edib.
Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Semuliki yaşayış məntəqəsində qeydə alınıb.
Hadisə nəticəsində 14 BMT sülhməramlısı və 5 Konqo hərbçisi həlak olub, 53 sülhməramlı yaralanıb.
Hücumun üsyançı "Birləşmiş demokratik qüvvələr (ADF) qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.
Ölən və yaralanan sülhməramlıların vətəndaşlığı və milliyyəti barədə məlumat verilmir.