Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. 

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Dədə Qorqud kəndində qeydə alınıb. Naməlum avtomobil kənd sakini, 2011-cı il təvəllüdlü Elnur Rəfail oğlu Qədirovu vuraraq öldürüb. Hadisənin təfərrüatları müəyyənləşdirilir. 

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.