Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevə 10 sutkalıq həbs cəzası verilib.
Unikal.org xəbər verir ki, bu barədə onun dostu, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib.
Onun sözlərinə görə, R.Qazıyev Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına aparılıb.
R.Qazıyevə qarşı hansı ittihamın irəli sürüldüyü məlum deyil.
Xatırladaq ki, R.Qazıyev ötən gün Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, R.Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycanın müdafiə naziri vəzifəsində çalışıb. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə isə R.Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb.