Bərdə rayonunda polis əməkdaşı həyat yoldaşını bıçaqlayıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonunƏliyanlı kəndində baş verib.

Belə ki,kənd sakini Sevindik Şəmşir oğlu Məmmədov həyat yoldaşına bir neçə bıçaq xəsarəti yetirib. Yaralı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Sevindik Məmmədov Yevlax Rayon Polis Şöbəsinin Yol polisi bölməsinin əməkdaşıdır.