Bakıda ahıl kişi özünü bıçaqlayaraq intihara cəhd göstərib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Dilarə Əliyeva küçəsində yerləşən mənzillədən birində yaşayan 1956-cı il təvəllüdlü Mirzəyev Eyyub Şaban oğlu yaşadığı evdə özünə bıçaqla zərbə vurub. Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.