Bakıda intihar olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, 1996-cı il təvəllüdlü Hüseyn Dövlət oğlu Hüseynli yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.