Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızı Vəfa Paşazadə "Zəhra Clinic" MMC adlı klinika açıb.

Unikal.org əladə etdiyi məlumata görə, şeyxin qızı Vəfa Paşazadə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. O hazırda Nutrisiologiya və Dietologiya Akademiyasının üzvü, Tibb elmləri üzrə fəlsəfə doktorudur.
Təhsil:
- 2006-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir.
- 2006-2007-ci illərdə 5 saylı Xəstəxananın ikinci Cərrahiyyə şöbəsində "Cərrahiyyə" ixtisası üzrə internatura keçmiş cərrah ixtisasına yiyələnmişdir.
İştirak etdiyi kurslar, konfranslar və s.:
- 2014-2015-ci illər - "Bariatric dietologiya" üzrə ixtsasartırma kursu, Türkiyə, İstanbul.
- 2016-cı ildə Logos Psixoloji və Nitq inkişaf mərkəzində "Koqnitiv psixoterapiya" kursu ( 75 akademik saat).
- 2016-cı ildə Logos Psixoloji və Nitq inkişaf mərkəzində "Pozitiv psixoterapiya" kursu (75 akademik saat).
- 2016-cı ildə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda "Ümumi cərrahiyyə" ixtisası üzrə təkmilləşmə kursu.
- 2016-cı ildə SSTM özəl təlim mərkəzində "Nutrisiologiya və dietologiyanın əsasları" kursu (45 akademik saat).
- 2016-cı ildə SSTM özəl təlim mərkəzində "Kliniki dietologiya" kursu (45 akademik saat).
- 2017- ci ildə SSTM özəl təlim mərkəzində "Koucingin əsasları" kursu ( 26 akademik saat)
- 12 Avropa gidalanma üzrə konfrans, Berlin, Almaniya, 20-23.10.2015.
- Ernährung 2016/ GIDALANMA 2016 / Dresden, Almaniya, 09.06. - 11.06.2016.
- Livestock Nutrition, 2015, 11.-12. Avgust , Frankfurt.
- 7. Ulusal obezite kongresi, İstanbul, Türkiye, 8-10 Dekabr, 2016.
- Azərbaycan Tibb Universiteti "Təbabətin aktual problemləri-2017 elmi-praktik konfrans .
- ATU, 3-cü Beynəlxalq bariatrik və metabolik konqress, 7 aprel 2017.
Elmi fəaliyyət:
- 2012-2017-ci illərdə Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəlikər kafedrasının dissertantı kimi "Kəskin Xolesistitdə Laparoskopik xolesistektomiya (imkanları, üstünlükləri, çətinlikləri) mövzusu üzərində işləyərək 2017-ci ildə tibb elmləri üzrə fəlsəfə dokroru elmi dərəcəsi almaq üçün eyni mövzuda dissertasiya müdafiə etmişdir.
- 2017-ci ildə Logos Psixoloji və Nitq inkişaf mərkəzində "Emosional qidalanma" mövzusunda təlim vermişdir.
- Çoxsaylı tibbi məqalələrinin və tezislərin müəllifidir.
Çalışdığı tibb müəssisələri:
- 2006-2011-ci illərdə Bakı şəhəri 5 saylı klinikada ümuni cərrah.
- 2011-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalının cərrahiyyə şöbəsində cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis.
İxtisaslaşdığı tibbi sahə:
- Metabolik piylənmə
- Bariatric əməliyyat öncəsi və sonrası xəstələrin pəhriz və müalicə proqramının tərtib olunması.
- Köklükdən əziyyət çəkən xəstələrin pozitiv psixoterapiyası.
- Ümumi cərrahi müdaxilələr.