Tovuz rayonunda komaya düşən şəkərli diabet xəstəsi dünyasını dəyişib.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, bu, Tovuz Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Rayonun Şıx Heybət kənd sakini, 1973-cü il təvəllüdlü Hüseynova Sahibə Cahad qızı yaşadığı evdə komaya düşüb. Komatoz vəziyyətdə xəstəxanaya gətirilən xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Qadın xəstəxanada dünyasını dəyişib.