"WhatsApp messenceri 2018-ci ildən bəzi əməliyyat sistemlərini dəstəkləməmək barədə qərar qəbul edib.

Unikal.org report-a istinadən bu barədə "International Business Times nəşrinə istinadən xəbər verir.

Məlumatda həmçinin deyilir ki, yanvarın 1-dən başlayaraq "WhatsApp "Windows 8.0 və ondan da əvvəlki əməliyyat sisteminə malik smartfonlarda, eləcə də "BlackBerry OS və yaxud "BlackBerry 10 markalı mobil telefonlarda işləməyəcək.

Bundan başqa, gələn ildən "WhatsApp "Nokia S40, 2020-ci ildən isə "Android 2.3.7 bazasında işləyən smartfonlara xidməti dayandırmağı planlaşdırır.